Deep web

Deep web[1] — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir.[2]

Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir.[3] Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir.

Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir.[3] Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır.

Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.

Dərin veb adlanan bu sistemə qapalı dns yönləndirmələri ilə daxil olmaq mümkündür. Bu xüsusi hazırlanmış brauzerlər və ya əməliyyat sistemləri ilə mümkündür. Buraya yönləndirən linklər tez-tez dəyişir. VpnTOR vasitəsilə daxil olumaq olar və içəridə illegal saytlar var.

Dərin vebdə qanunsuz məzmunu paylaşan bütün İnternet saytlarına Qaranlıq Veb (İngilis: Dark Web) deyilir. Ümumiyyətlə, Dərin veb yerinə Qaranlıq veb tərifi də istifadə olunur.

Qaranlıq Veb bağlantılarında çox miqdarda yanal məlumat əldə edilə bilər. Qaranlıq vebdə məlumat / video / şəkil yükləmək bəzən qanunsuzdur, çünki bu linklərdə dövlət sirləri, mühüm şəxslərin xüsusi dəlilləri, narkotik ticarəti, qanunsuz silah satışı, qumar və saya bilmədiyimiz bir çox qanunsuz məzmun var.[4]

  1. Hamilton, Nigel. The Mechanics of a Deep Net Metasearch Engine // Isaías, Pedro; Palma dos Reis, António (redaktorlar ). Proceedings of the IADIS International Conference on e-Society. 2003. 1034–6. CiteSeerX 10.1.1.90.5847. ISBN 972-98947-0-1. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03.
  2. Wright, Alex. "Exploring a 'Deep Web' That Google Can't Grasp". The New York Times. 2009-02-22. 2020-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2019. [...] Mike Bergman, a computer scientist and consultant who is credited with coining the term Deep Web.
  3. 1 2 "Arxivlənmiş surət". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
  4. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.

Developed by StudentB